1995-ci ildə Azərbaycanda Akademiya institutları
şəbəkəsi yaradıldı. Bu, Azərbaycan
Respublikasında dövlət strukturunun əsas təşkilatlarını,
müəssisələri və akademiya institutlarını
özündə birləşdirən yeganə qeyri-kommersiyalı
şəbəkə idi.
1995-ci ildən 2000-ci ilədək akademiya
şəbəkəsi akademiyanın bütün əsas
binalarını optik lifli və icarəyə götürülmüş
kanallar vasitəsilə birləşdirirdi. Akademiyanın
mərkəzi qovşağı yerli ISP-yə 64 kbps
buraxılış qabiliyyətli icarəyə götürülmüş
kanala malik idi.
2000-ci ilin avqustunda Azərbaycan Milli Akademiyası
və Respublikanın aparıcı universitetləri
Akademiya şəbəkəsinin əsasında AzRENA
Azərbaycan Elmi-Tədqiqat və Təhsil Şəbəkələri
Assosiasiyasını (Azerbaijan Research Educational Network
Association) təsis etdilər. Assosiasiya qeyri-hökumət
təşkilatıdır.