Xəbərlər | AzRENA haqqında | AzRENA TM | Layihələr | Xidmətlər | Tex. dəstək | Seminarlar
   
İnternet-dən istifadə və
infrastrukturun tədqiqat
və təhsil məqsədləri üçün
inkişaf etdirilməsi
Virtual İpək Yolu
AZRENA-nın şəbəkə
infrastrukturu
CNOC
"On-line Referendum"
layihəsi
Azərbaycan Respublikasının elmi-tədqiqat
müəssisələri üçün İnternet vasitəsilə informasiya
mübadiləsinin təkmilləşdirilməsi

Layihə Azərbaycanda İnternet qlobal şəbəkəsinin potensialının artırılması və milli informasiya-kommunikasiya infrastrukturunun İnternet xidmətləri və resurslarının əsasında gücləndirilməsi üçün nəzərdə tutulmuşdur. Bu layihə çərçivəsində Azərbaycan Respublikasının elmi idarələri və tədris müəssisələrinin İnternet vasitəsilə informasiya mübadiləsi üçün xüsusi peyk rabitəsi kanalı əsasında İnternet şəbəkəsinə yüksək sürətli çıxışa malik CNOC (Central Network Operational Center) sisteminin yaradılması nəzərdə tutulur.

Azərbaycanın elm və tədris müəssisələrində şəbəkə infrastrukturunun yaradılması və işlənib hazırlanması və bu şəbəkənin ümumdünya İnternet şəbəkəsinə inteqrasiyasında səmərəliliyin artırılması üçün AzRENA respublikada Distant Təlim Mərkəzinin (DTM) açılması üzrə layihəni hazırlamışdır. DTM müasir telekommunikasiya vasitələri ilə, İnternetə çıxış üçün yüksək sürətli kanalla, güclü kompüter, şəbəkə və proyeksiya avadanlığı ilə təchiz olunacaqdır.

İlk əvvəl AzRENA distant təlim mərkəzinin Bakı şəhərində açılmasını, sonra isə eyni DTM-lərin Azərbaycanın müxtəlif regionlarında (Gəncə, Naxçıvan, Lənkəran və s.) yaradılmasını planlaşdırır.

Şəbəkə Əməliyyat Mərkəzinin (CNOC) Sxemi:

 

 
© 2002 Azerbaijan Research Education Network Association