Xəbərlər | AzRENA haqqında | AzRENA TM | Layihələr | Xidmətlər | Tex. dəstək | Seminarlar
   
International Workshop "Quantum Particles and Fields - 4 "
E-Learning Symposium
NATO-nun Müasir Şəbəkələr üzrə Seminarı (ANW)
International Workshop "Quantum Particles and Fields - 3 "
 
 
 
E-Learning Symposium

İnfokommunikasiya texnologiyalarının sürətli inkişafı və dünya informasiya resurslarının ümumi istifadə üçün mümkünlüyü təhsil sistemi, xüsusilə mütəxəssislərin hazırlanmasında perspektivli və səmərəli sistemlərdən biri olan distant təhsil (DT) sistemi üçün yeni imkanlar açır.

Azərbaycanda Distant Təhsilin inkişafı istiqamətində fəal surətdə işlər aparılır. 2003-cü ildə ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Bürosunun Təhsil üzrə Müstəqil Tərəfdaşlığa Yardım Proqramının şərtlərinə uyğun olaraq İndiana Universiteti ilə Azərbaycan Elmi-Tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyası (AzRENA) arasında əlaqələrin yaradılması ilə bağlı danışıqlar aparılmışdır. Danışıqların nəticəsi olaraq İndiana Universiteti ilə AzRENA arasında 2004-cü ilin yanvarından fəaliyyət göstərən IU/AzRENA (AZ01) – ABŞ Tərəfdaşlıq Proqramının Distant Təhsil Layihəsi imzalanmışdır. Layihənin məqsədi Azərbaycanda Distant Təhsilin tammiqyaslı təşkili üçün DT sahəsində 5 ixtisaslı mütəxəssisin hazırlanmasından ibarətdir. AzRENA regional səviyyədə DT-nin baza Mərkəzi kimi çıxış edir, ona görə də gələcəkdə bu Layihəyə bizim respublikanın bütün universitetlərinin cəlb edilməsi planlaşdırılır.

IU/AzRENA layihəsi çərçivəsində İndiana Universitetinin layihə qrupu layihənin rəhbəri Dr. Tom Daffinin rəhbərliyi altında 2004-cü il mayin 16-dan iyunun 5-dək respublikamızda olmuşdur. Səfərdən məqsəd bu layihədə iştirak edən təlimatçılar üçün əyani təlimin növbəti hissəsinin həyata keçirilməsi, həmçinin DT bazarının təhlili, gələcək əlaqələrin inkişaf etdirilməsi və Distant Təhsil sahəsində 25 may 2004-cü ildə E-Learning Symposium-un keçirilməsi olmuşdur.

Simpoziumun Proqramı ilə tanış olmaq üçün bu faylı yükləyin: Program Simposium (eng)

Mətbuat Simpozium haqqında

ŞƏRQ - 26 may 2004-cü il
ABŞ Distant Təhsil sistemini Azərbaycana gətirir

Həftə içi - 26 may 2004
Distant təhsil

KASPİ - 26 may 2004
Məsafədən Təhsil Layihəsi təqdim olundu

 
© 2002 Azerbaijan Research Education Network Association