Xəbərlər | AzRENA haqqında | AzRENA TM | Layihələr | Xidmətlər | Tex. dəstək | Seminarlar
   
 
 
3 Mart, 2008

GEANT2-nin yüksək məntəqə şəbəkəsi və əlaqəsi Cənubi Qafqaz tədqiqatçıları və tələbələri üçün daha sürətli əməkdaşlığa şərait yaradacaq

3 mart 2008-ci il tarixdə start götürmüş Qara Dəniz Beynəlxalq Əlaqə (Black Sea Interconnection- BSI) layihəsi çərçivəsində Cənubi Qafqaz ölkəkləri arasında regional tədqiqat və təhsil şəbəkəsini yaradılacaq və onların nəhəng Avropa tədqiqat şəbəkəsinə- GÉANT2-yə qoşulmasına zəmin yaradacaq. Bu layihə regionda ən böyük layihə olaraq Qafqaz ölkələri tədqiqatçılarının Avropa ölkələrində elmi-tədqiqat və təhsil sahəsində aparılan işlərdə yaxından iştirak etməsinə imkan yaradacaq. Qeyd edək ki, Avropa Komissiyası 7-ci Çərçivə Proqramı sayəsində BSI layihəsinə 1.4 mln evro ayırmışdır.

Ətrflı məlumat almaq üçün


27-30 iyun, 2006

27-30 iyun tarixlərində Bakıda NATO-nun Elmi Proqramı tərəfindən həyata keçirilən “Virtual İpək Yolu” layihəsinin on ikinci və “Qafqaz və Mərkəzi Asiyanın Milli Elmi-Tədqiqat və Təhsil Şəbəkələri Assosasiyaları üçün internet təkliflərin təşkil olunması” (OCCASION) layihəsinin ikinci görüşləri təşkil edildi.

Görüşlərin adı çəkilən layihələrin icrasının gücləndirilməsi və Cənubi Qafqaz və Mərkəzi Asiyanın ali təhsil ocaqları və elmi instituları üçün internet xidmətlərinin göstərilməsi üçün layihə komponentlərin məqsədlərinin müzakirələrini daşıyırdı.. Görüşlərdə “Virtual İpək Yolu” və OCCASION layihələrinin Gürcüstandan, Qazaxıstandan, Qırğızıstandan, Özbəkistandan, Tacikistandan və Türkmənistandan olan nümayəndələri iştirak etdi. Tədbirlərdə həmçinin Böyük Britaniyadan, Belçikadan, Almaniyadan və Polşadan olan qonaqlar da qatıldı.

Açılış mərasimində Rabitə və İnformasiya Texnologiyaları Naziri cənab Əli Abbasov, Təhsil Naziri cənab Misir Mərdanov və Azərbaycanın Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru cənab Rasim Əliquliyev çıxış etdilər. Görüşlər haqqında daha ətraflı məlumat almaq üçün
Ətrflı məlumat almaq üçün

 

28 Avqust, 2006

2006-cı ilin 28 avqust tarixində Bakıda „İstifadəçi İnterfeysinin yaradılması“ mövzusuna həsr edilmiş seminar təşkil ediləcək. Seminar “Cənubi Qafqazda e-Cəmiyyətlərin inkişafı” layihəsinin heyəti tərəfindən təşkil edilir. Layihə Avropa Birliyi tərəfindən maliyyələşdirilir və IMC AG (Almaniya) tərəfindən həyata keçirilir.

Ətrflı məlumat almaq üçün

 

29 noyabr, 2005


Job Offer:
Development of e-Societies in South Caucasus A project funded by the European Union

Position: Local Expert - Project Manager - Azerbaijan Development of e-Societies in South Caucasus

FILES: RecruitRequirements_LocProjectMan_AZE.doc

 

15 oktyabr 2004-cü il

8-11 oktyabr 2004-cü ildə AzRENA-nın Vitse-prezidenti D-r Elçin Əliyev NATO-nun Şəbəkələr üzrə Geniş seminarı çərçivəsində keçirilmiş "Şəbəkələrin idarə olunması üzrə CEENet-in 4-cü seminarında" iştirak etmişdir. D-r Elçin Əliyev seminarda "İKT-nin inkişafı üçün 3C Modeli" mövzusunda çıxış etmişdir.
FAYLLAR:
Presentation_Moldova_az.ppt


23 sentyabr 2004-cü il

20-21 sentyabr 2004-cü ildə, Cenevrədə İnternetin İdarə olunması üzrə İşçi Qrupunun yaradılması mövzusunda müzakirələr keçirilmişdir. Azərbaycandan bu tədbirdə AzRENA-nın Vitse – Prezidenti cənab Elçin Əliyev iştirak etmişdir. Cənab Elçin Əliyev burada öz nitqiylə çıxış etmişdir.


03 sentyabr 2004-cü il

2004-cü il sentyabrın 20-dən 25-dək Bakı şəhərində "Gənclik" Beynəlxalq Turizm Mərkəzində "NATO Silk Distance Education Workshop: "Distant təhsil: DT-nin planlaşdıılması, layihələndirilməsi və aparılması elementləri ilə nəzəri tanışlıq və onun praktiki mənimsənilməsi» mövzusunda seminar keçiriləcəkdir.

Seminarın proqramı ilə Siz "Seminarın Proqramı"nı yükləməklə tanış ola bilərsiniz.

Seminar "Virtual İpək Yolu" NATO layihəsinin iştirakçı ölkələrinin nümayəndələri və distant təhsillə əlaqədar olan Azərbaycan təhsil müəssisələrinin nümayəndələri üçün AzRENA tərəfindən təşkil olunur.

Bu seminarda MDB ölkələrindən olan qonaqların iştirakı ilə bağlı xərclər (gəlmə, yerləşdirmə, qida və s.) Internet Society (ISOC) çərçivəsində həyata keçirilir.

Sözsüz ki, seminarın keçirilməsi təhsil prosesinin perspektiv forması kimi Distant Təhsilin mövqeyinin möhkəmlənməsinə xidmət edəcək və bu sahədəki bilik və ideyaların zənginləşməsinə səbəb olacaqdır.

Burada Siz seminarın mövzusuna dair danışa bilər və ya mühazirəçiyə öz sualınızı verə bilərsiniz.


05 avgust 2004-cü il

5 avgust 2004-cü ildə saat 16:00-da BMTİP-in konfrans zalında "Tədqigət, təhsil və Vətəndaş Cəmiyyətinin inkişafı məqsədləri üçün İnternetə çıxış və infrastrukturun inkişaf" layihəsinə həsr olunmuş müşavirə keçiriləcəkdir.


27 may 2004-cü il

27 may 2004-cü ildə Hyatt Regency mehmanxanasında "Tədqigət, təhsil və Vətəndaş Cəmiyyətinin inkişafı məqsədləri üçün İnternetə çıxış və infrastrukturun inkişaf " layihə sənədinin imzalanması mərasimi keçirilmişdir.


25 may 2004-cü il

E-Learning Symposium 2004 - Azərbaycan Dövlət İqtisad Universitetinin akt zalı. Simpoziumda Distant Təhsil-də pedagoji strategiyalar və yanaşmalar, İndiana Universiteti ilə AzRENA arasında Tərəfdaşlıq Proqramının perspektivləri (IU/AzRENA (AZ01) - ABŞ Tərəfdaşlıq Proqramının Distant Təhsil Layihəsi), Azərbaycanda distant təhsilin təminatı məsələsi nəzərdən keçiriləcəkdir. Daha ətraflı >>>


2004-cü il mayın sonu

İnternet-ə və AzRENA şəbəkəsinə qoşulmaq məqsədilə Naxçıvan Dövlət Universitetində VSAT-sisteminin quraşdırılması üçün avadanlıq tədarük olunur. VSAT-sisteminin quraşdırılması AzRENA infrastrukturunun təkmilləşdirilməsi layihəsi çərçivəsində həyata keçirilir (NATO Grant № NIG 976370).


11, 12 iyun 2003-cü il

Tbilisi - "Silk Board"-ın üçüncü konfransı.
FAYLLAR:
The Third Silk Board Agenda.doc


may, 2003-cü il

Bakı - AzRENA-nın Virtual İpək Yolu şəbəkəsinə qoşulmasına həsr olunmuş təntənəli mərasimin açılışı. Mərasimdə NATO-nun Baş Katibi Lord Robertson da iştirak etdi.
FAYLLAR:
Mərasimdən fotoşəkillər (4,61 MB, ZIP fayl);
Mərasimdən qısa videoyazı (4,77 MB, AVI format).


aprel, 2003-cü il

"Virtual İpək Yolu" layihəsi üçün lazımi avadanlıq artıq Bakıya gətirilmişdir və hazırda onun quraşdırılma işləri aparılır.


mart, 2003-cü il

Bakı - AzRENA, IREX/IATP və OSI-SOROS arasında təhsil və elmi-tədqiqat müssisələrinə İnternet xidmətlərinin göstərilməsi üzrə qarşılıqlı anlaşma haqqında memorandum imzalandı.
FAYLLAR: memorandum_irex.gif ; memorandum_osi.gif


21-22 fevral 2003-cü il

İstanbul - "Silk Board"-ın ikinci konfransı İstanbulda keçirildi. Silk Board-ın bütün üzvləri və digər təşkilatlardan olan müxtəlif qonaqlar (məsələn, EurasiaSat, Kalitel, World Bank, OSI, UNDP, AzRENA, University of Alberta və s.) konfransda iştirak edirdilər.


2002-ci il oktyabrın 9-11-da

Bakı şəhərində BAKUTEL 02 Azərbaycan Beynəlxalq telekommunikasiya və komputer texnologiyaları sərgisi keçirilir. Sərgi ilə əlagədar təşkil olunmuş yığıncaqda AzRENA-nın vitse-prezidenti Əliyev Elçin "AzRENA və Azərbaycanın elm-təhsil şəbəkəsi vəziyyəti və inkişaf perspektivləri" məruzəsi ilə çıxış etdi.
FAYLLAR:
Report_az_10-2002.ppt

 

2002-ci il sentyabrın 21-25-də

Zaqrebdə şəbəkə idarəçiliyinə dair 3-cü Seminar - NATO (ANW) və Silk Board iclası keçirilmişdir. AzRENA-nı Elçin Əliyev və Rasim Alquliyev təmsil edildilər, və Nail Hüseynquliyev IATP/IREX proqramının nümayəndisi kimi iştirak etmişdi.
Seminarda Elçin Əliyev və Rasim Alquliyev birqə
məruzə təqdim etmişdilər :
FAYLLAR:
Report(ENG).zip ; Presentation.ppt

[sentyabrın 25-27-də] isə - CARNet istifadəçilərinin konfransı CUC'2002 keçirilmişdir.


2002-ci il avqustun 19-29-da

Budapeştdə VSAT texnologiyasına həsr olunmuş "Virtual İpək Yolunun işlənməsi" mövzusunda şəbəkə texnologiyalarına (NATO ANW) aid CEENet-in 8-ci Beynəlxalq seminarı keçiriləcəkdir.


2002-ci il iyulun 1-10-da

Çexiya Respublikasında, Polşada və Estoniyada Mərkəzi Asiyada və Qafqazda dövlət elmi-tədqiqat və təhsil şəbəkələrinin (NREN) yaradılmasına həsr olunmuş Beynəlxalq seminar keçirilmişdir.


2002-ci il iyunun 20-22-də

Alma-Atada "Virtual İpək Yolu" mövzusunda Beynəlxalq Seminar keçirilmişdir.Silk Board təşkil edilmişdir. Azərbaycanda Silk Boardun üzvü AzRENAnın idarə həyətinin sədri akademik Əli Abbasov təyin olunmuşdur.


2002-ci il iyunun 1-9-da

Rusiyanın Tver şəhərində distant təlim üzrə "e-kursların inkubatoru" mövzusunda Beynəlxalq seminar keçirilmişdir. Seminar "Elektron təlim: MDB, Mərkəzi və Şərqi Avropa ölkələrində yeni təhsil forması və metodlarının inkişafı problemlərinin həlli yolları" layihəsi çərçivəsində elektron təlim metod və texnologiyalarına həsr olunmuşdur.

 

 
© 2002 Azerbaijan Research Education Network Association