AzRENA tərəfindən hazırlanmış və NATO-nun Elm Proqramı tərəfindən bəyənilmiş xüsusi infrastrukturun təkmilləşdirilməsi və Assosiasiyanın regional üzvləri olan Gəncə və Naxçıvanın AzRENA-nın dayaq şəbəkəsinə qoşulması üzrə layihə. Bu layihə AzRENA-nın maddi-texniki bazasının təkmilləşdirilməsi, rabitə kanallarının yaxşılaşdırılması, kommunikasiya avadanlığının modernləşdirilməsi və s. üçün nəzərdə tutulmuşdur.
CNOC-a birləşmə KarlNet proqram təminatından
istifadə etməklə Lucent avadanlığının
əsasında Wireless naqilsiz rabitəsi ilə həyata
keçirilir. Ümumilikdə bu texnologiya 802.11b standartından
fərqli olaraq şəbəkənin yüksək
etibarlılığını, çevik idarəolunmanı
və məhsuldarlığı təmin edir.
AzRENA yarandığı gündən
etibarən respublikada elm və təhsil sahəsində
kompüter şəbəkələrinin genişlənməsi
və onların inkişaf etmiş ölkələrin
İnternet şəbəkələrinə qoşulması,
bununla yanaşı nəinki paytaxtın, həmçinin
Azərbaycanın regionlarınını da informasiya
ehtiyatlarının inkişaf etdirilməsi istiqamətində
məqsədyönlü fəaliyyət göstərir.