2002-ci il ərzində Avropa Birliyi (AB) iki böyük regional e-Qafqaz konfransları təşkil etmişdir. Həmin konfranslar regionda informasiya cəmiyyətinin perspektivlərini müzakirə etmək üçün hökumət rəsmləri, vətəndaş cəmiyyətin aktivistləri və nümayəndələrininin toplaşması üçün olduqça dəyərli bir forum olmuşdur.
Hər bir ölkədə universitetlər, təhsil və tədqiqat institutları üçün rəqəmsal şəbəkə infrastrukturu ilə əməliyyat aparmaq üçün lisensiyalı Qeyri Hökumət Təşkilatıları şəklində olan Milli Elmi-Tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyaları (nRENA) yaradılmışdır.
Bu strukturlara əsaslan və AB tərəfindən maliyyələşən “Cənubi Qafqazda e-Cəmiyyətlərin inkişafı” layihəsi (Azərbaycan, Gürcüstan və Ermənistan - EuropeAid/118678/C/SV/Multi) hal-hazırda regionun əsas təhsil instituları ilə yaxın əməkdaşlıq nəticəsində inkişaf etdiriləcək müasir təhsil proqramları ilə yeni onlayn təhsil xidmətlərinin inkişafı üçün əla bir imkandır.
IMC (www.im-c.de) tərəfindən idarə edilən Beynəlxalq ekspertlər heyəti regionun hər bir ölkəsində olan Layihə Rəhbəri ilə əməkdaşlıq aparır.
Hər bir ölkənin e-Tədris mərkəzində nRENA ekspertlərilə birgə lazımi proqram və aparat təminatı alınıb yerinə yetiriləcək. Həmin texnologiya NATO tərəfindən dəstəklənən və milli QHT-lər (ARENA, AzRENA, and GRENA) tərəfindən istifadə edilən genişzolaqlı kommunikasiya şəbəkəsi əsasında əməliyyat aparan SILKnet peykinə əsaslanacaq.
Bütün işlər yerli ali məktəblərlə yaxın əməkdaşlığı ilə həyata keçiriləcək. Avadanlıq və e-Tədris layihəsi çərçivəsində qazanılan bütün təcrübələr layihə bitəndən sonrada davam edəcək və hər bir ölkənin İKT sektorunun iqtisadi inkişafına mühüm dəstək verəcək.
Əlavə məlumatı layihənin veb saytından http://www.esocieties.info ala bilərsiniz.