Xəbərlər | AzRENA haqqında | AzRENA TM | Layihələr | Xidmətlər | Tex. dəstək | Seminarlar
   
Cənubi Qafqazda e-Cəmiyyətlərin inkişafı
İnternet-dən istifadə və
infrastrukturun tədqiqat
və təhsil məqsədləri üçün
inkişaf etdirilməsi
Virtual İpək Yolu
AZRENA-nın şəbəkə
infrastrukturu
CNOC
"On-line Referendum"
layihəsi
NATO-nun Elm Proqramının
Virtual İpək Yolu Layihəsidir

“VİRTUAL İPƏK YOLU” beynəlxalq layihəsi

NATO-nun “VİRTUAL İPƏK YOLU” beynəlxalq layihəsi NATO-nun Elmi Proqramı tərəfindən həyata keçirilən “Virtual İpək Yolu” layihəsi Azərbaycanı, Gürcüstanı, Ermənistanı, Qazaxstanı, Tacikistanı, Özbəkistanı, Qırğızstanı, Türkmənistanı və Əfqanıstanı əhatə edir. Layihənin məqsədi peyk texnologiyaları vasitəsilə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin Milli Elmi-Tədqiqat və Təhsil Şəbəkələrinin Avropanın yüksək sürətli internet dayaq şəbəkəsinə qoşulmasını təmin etməkdir. “Virtual İpək yolu” layihəsi həmçinin bu ölkəldərin elmi-tədqiqat və təhsil müəssisələri arasında informasiya mübadiləsinin genişləndirilməsi məsqədi daşıyır. Bu məqsədə çatmaq üçün üçün layihədə iştirak edən ölkələrin hər biri VSAT-terminallarından ibarət avadanlıqla, peyk antennası və şəbəkə avadanlığı ilə təchiz edilərək, EUROASİASAT süni peyk stansiyası vasitəsilə Qərbi Avropanın magistral İnternet şəbəkəsinə yüksək sürətli çıxış imkanı əldə etmişdir. Azərbaycanda bu layihə Azərbaycan Elmi-Tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyası (AzRENA) tərəfindən həyata keçirilir. Bu layihə müqabilində Azərbaycanın elmi-tədqiqat və ali təhsil qurumları maneəsiz olaraq yüksək sürətli internetə qoşulmaq imkan əldə etmişlər. Həmçinin “Virtual İpək Yolu” layihəsinin iştirakçı-ölkələrinin elm və ali təhsil ocaqları şəbəkə vasitəsilə öz aralarında əməkdaşlıq və informasiya mübadliəsi aparırlar. Qeyd edək ki, 2000-ci ildə Milli Elmlər Akademiyasının və Təhsil Nazirliyinin bir sıra aparıcı elmi-tədqiqat qurumları və ali təhsil müəssisələri tərəfindən təsis edilmiş Azərbaycan Elmi-Tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyasının (AzRENA) əsas fəaliyyət strategiyasına regional şəbəkələrin və regional tədris mərkəzlərinin yaradılması, milli informasiya resurslarının inkişafı, yüksək sürətli internet vasitəsilə elm və təhsil sahəsində informasiya mübadiləsini həyata keçirmək, distant təhsil sistemlərinin yaradılması və s. daxildir.

“Qafqaz və Mərkəzi Asiyanın Milli Elmi-Tədqiqat və Təhsil Şəbəkələri Assosasiyaları üçün internet təkliflərin təşkil olunması” (OCCASION) layihəsi

“Qafqaz və Mərkəzi Asiyanın Milli Elmi-Tədqiqat və Təhsil Şəbəkələri Assosasiyaları üçün internet təkliflərin təşkil olunması” (OCCASION) layihəsinin əsas məqsədi “Virtual İpək Yolu” layihəsini və Virtual İpək Şəbəkəsinin idarəçiliyini həyata keçirməkdir. OCCASION layihəsi “Virtual İpək Yolu” layihəsinin iştirakçı-ölkələrin Milli Elmi-Tədqiqat və Təhsil Şəbəkələri və onların tədqiqat fəaliyyətləri haqqında məlumatların yayılmasını uzlaşdırmağa da xidmət edəcəkdir. Layihənin vacib komponentlərindən biri də “Virtual İpək Yolu” ölkələrinin tədqiqatçıları üçün Avropa Birliyi ekspertləri ilə yaxın əməkdaşlıq etmək üçün imkanlar yaratmaqdır. Bunun üçün texnoloji həllərin, - VoİP və multimedia konfransalrının geniş tətbiqi nəzərdə tutulmuşdur. Layihə çərəivəsində VoİP və multimedia konfranslarının həyata keçirilməsi üçün zəruri olan avadanlıqların hər bir ölkəyə təmin edilməsi də planlaşdırılır. Şəbəkənin yeni imkanlarından istifadə üçün OCCASION layihəsi çərçivəsində hər bir ölkədə treninqlərin keçirilməsi də nəzərdə tutulmuşdur. Layihənin digər aspekti də ”Virtual İpək Yolu” layihəsinin iştirakçı-ölkələrində fəal olacaq və yaxın əməkdaşlıq üçün “Virtual İpək Yolu” şəbəkəsindən yayarlana biləcək “istifadəçilər qrupunun” müəyyən edilməsidir. Bunun üçün layihə çərçivəsində faydalı əməkdaşlığı təmin etmək üçün zəruri treninqlərin və birgə seminarların keçirilməsinə şərait yaradılacaqdır.

 

"Virtual İpək Yolu" layihəsinin AzRENA ictimai birliyi tərəfindən həyata keçirilməsi üçün
təklif olunan layihə

1. AzRENA üzvlərinin İNTERNET mərkəzinə qoşulması üçün təklif olunan variantlar.

AzRENA ictimai birliyinə üzv olan universitetlərdə (abonentlərdə) yaradılması planlaşdırılan kompüter siniflərinin (İNTERNET ictimai mərkəzlərinin) "Virtual İpək Yolu" layihəsi çərçivəsində AzRENA İNTERNET mərkəzinə (AzRENA Network Operation Center) qoşulması üçün iki üsul təklif olunur:

I üsul. Abonentlər İNTERNET mərkəzinə ayrılmış əlaqə kanalları vasitəsilə qoşulurlar.

Bunun üçün hər bir abonent Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə (BTRİB) xəttin ayrılması və icarəyə verilməsi barədə müraciət edərək onlarla müqavilə bağlayırlar. Xətt ayrıldıqdan sonra AzRENA həmin abonenti (AzRENA member) sxemdə göstərilən iki variantdan biri əsasında İNTERNET mərkəzinə qoşur. Bu variantların qoşulma prinsipi eynidir, ancaq texniki təminatları müxtəlifdir.

Bu üsulla qoşulan zaman aşağıdakı avadanlıqların alınması tələb olunur:

Variant 1
xDSLmodem 2 ədəd
Router 1 ədəd
Variant 2
Bridge modem 2 ədəd
Kommutator 1 ədəd

II üsul. Abonentlər İNTERNET mərkəzinə Radiomodemlərdən istifadə etməklə naqilsiz əlaqə kanalları vasitəsilə qoşulurlar.

Bu üsulda bir variant təklif olunur. Bu variantda AzRENA abonenti İNTERNET mərkəzinə aşağıdakı sxem əsasında qoşur.

Bu üsulla qoşulan zaman aşağıdakı avadanlıqların alınması tələb olunur:

Radio PCMCIA Card 1 ədəd
Radio card üçün PCI adapteri 1 ədəd
Az itkili yüksək tezlikli kabel 20 m
Ötürücü parabolik antenna 1 ədəd
Radio Kart üçün xarici antennaya keçid 1 ədəd
N-type birləşdiricilər 2 ədəd
Kompüter 1 ədəd
Siqnal gücləndiricisi və ildırımdan müdafiə sistemi 1 ədəd

Qeyd. Avadanlıqların təxmini qiymətləri Əlavə1-də gösərilmişdir.

Abonentlər bu üç variantdan istənilən birini seçə bilər. Avadanlıqların alınması, quraşdırılması və xətlərin icarə haqları abonentlər tərəfindən ödənilir. Sistemin sazlanması və onlara texniki xidmət AzRENA tərəfindən pulsuz yerinə yetirilir.

2. NATO-nun planlaşdırdığı 3Mb/san sürətin abonentlər arasında bölüşdürülmə qaydaları.

NATO-nun 2004-cü ilədək planlaşdırdığı 3Mb/san sürət AzRENA-nın üzvü olan bütün elm və təhsil müəssisələri arasında bərabər bölüşdürüləcəkdir.

AzRENA İNTERNET mərkəzinə lazım olan yeni avadanlıqların alınması, texniki və administrativ xidmət qruplarının əmək haqqının ödənilməsi və bəzi təşkilatı işlərin həyata keçirilməsi məsələlərini maliyyələşdirmək üçün AzRENA-nın hər bir üzvünün müəyyən olunmuş miqdarda üzvlük haqqı ödəmələri nəzərdə tutulmuşdur.

Layihədə qeyd olunmuş avadanlıqların təxmini qiymətləri:

XDSLmodem- 1ədədi $400-600
Router -1ədədi $800-2000
Bridge modem -1ədədi $400-600
Kommutator -1ədədi $50-200
Radio PCMCIA Card -1ədədi $80-250
Radio card üçün PCI adapteri -1ədədi $80-120
Az itkili yüksək tezlikli kabel -1m $4-6
Ötürücü parabolik antenna - 1ədədi $150-300
Radio Kart üçün xarici antennaya keçid - 1ədədi $25-50
N-type birləşdiricilər -1ədədi $8-15
Kompüter -1ədədi $300-800
Siqnal gücləndiricisi və ildırımdan müdafiə sistemi 1ədədi $350-700

 

Əlaqə telefonları: 38-10-52; 39-22-14

E-mail: amir@lan.ab.az
irshad@lan.ab.az

 


"VİRTUAL İPƏK YOLU" BEYNƏLXALQ LAYİHƏSİNİN AÇILIŞ MƏRASİMİ

Mayin 15-də Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda NATO-nun Elmi Proqramı çərçivəsində Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri üçün həyata keçirilən "Virtual İpək yolu" beynəlxalq layihəsinin açılış mərasimi keçirilmişdir. Mərasimdə NATO-nun Baş Katibi Lord Robertson, xarici ölkələrin səfirləri, Respublikanin görkəmli elm xadimləri, müxtəlif nazirliklərin, elm və təhsil ocaqlarının nümayəndələri iştirak etmişlər. NATO-nun Baş Katibi Lord Robertson gırmızı lenti kəsərək Azərbaycanın "Virtual İpək Yolu"na qoşulmasını təntənəli şəkildə elan etmişdir. Açılış mərasimində AzRENA-nın Şəbəkə Əməliyyat Mərkəzi (ŞƏM) vasitəsilə Almaniyanın Hamburg şəhərində yerləşən Mərkəzi HUB-la video-konfrans təşkil olunmuşdur.

ŞƏM-in avadanliqlarla təchizatı NATO-nun Elm Programi tərəfindən "Virtual İpək yolu" Beynəlxalq Layihəsi çəhçivəsində həyata keçirilmişdir. Bu layihənin məqsədi - peyk texnologiyaları vasitəsilə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin elm və təhsil müəssisələrinin Avropanın yüksək sürətli İnternet dayaq şəbəkəsinə qoşulmasını təmin etməkdir. Layihə həmçinin bu ölkələrin elmi-tədqiqat və təhsil müəssisələri arasında informasiya mübadiləsinin genişləndirilməsi məqsədi daşıyır. Bu məqsədə çatmaq üçün layihədə iştirak edən ölkələrin hər biri VSAT-terminallarından ibarət avadanlıqla, peyk antennası və şəbəkə avadanlığı ilə təchiz edilərək, EUROASİASAT yerüstü süni peyk stansiyası vasitəsilə Qərbi Avropada magistral İnternet şəbəkəsinə yüksək sürətli çıxış imkanına malik olacaqdır.

Azərbaycanda layihəni Azərbaycan Elmi-Tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyası (AZRENA) həyata keçirir. İstifadəyə verilən bu sistem ölkənin elmi-tədqiqat və ali təhsil qurumlarına maneəsiz olaraq yüksək sürətli internetə qoşulmaq imkanı verəcəkdir. Bir müddət əvvəl AzRENA artıq əsas elm və tədris müəssisələri arasında şəbəkə sistemi qurmuşdur. Bu şəbəkə vasitəsilə elm və təhsil qurumları öz aralarında informasiya mübadiləsi aparmaq imkanı əldə etmişlər. Peyk sistemi vasitəsilə isə şəbəkəyə qoşulan qurumlar İnternetə giriş əldə edərək, xarici dövlətlərin elm və təhsil müəssisələri ilə əməkdlıq və informasiya mübadiləsi apara biləcəklər. "Virtual İpək Yolu" layihəsi çərçivəsində 2004-cü ilin sonuna kimi peyk kanalının buraxılış qabiliyyətini 3 Mbps-dən 24 Mbps-dək artırılması planlaşdırılır. Sistemin istifadəyə verilməsi nəticəsində, həmçinin distant təhsilin inkişaf etdirilməsi də mümkün olacaqdır. Sistemə Bakıdakı qurumlarla yanaşı Naxçıvan daxil olmaqla Azərbaycanın digər regionlarında yerləşən elm və təhsil müəssisələri də qoşulacaqlar.

AzRENA şəbəkəsində 15-ə qədər təhsil və elm mərkəzləri cəmləşmişdir. Bugün AzRENA vasitəsilə İnternetə 900-dən yuxarı işçi stansiya qoşulur ki, onlar da 6000 istifadəçiyə xidmət göstərir. AzRENA bu sahədə digər donor təşkilatları ilə də əlaqə qurmuşdur. SOROS OSİ, İATP/İREX ilə birgə fəaliyyət hagginda memorandum imzalanmışdır.

2000-ci ildə Milli Elmlər Akademiyasının və Təhsil Nazirliyinin bir sıra aparıcı elmi-tədqiqat və ali təhsil qurumları tərəfindən təsis edilmiş Azərbaycan Elmi-Tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyasının (AZRENA) əsas fəaliyyət strategiyasına regional şəbəkələrin və regional tədris mərkəzlərinin inkişafı, milli informasiya resurslarının inkişafı, yüksək sürətli internet vasitəsilə elm və təhsil sahəsində informasiya mübadiləsinin həyata keçirilməsi, distant təhsil sistemlərinin yaradılması və s. daxildir.

Bu strategiyanı həyata keçirmək üçün AzRENA tərəfindən yeni layihələr hazirlanir. Azərbaycanın elm və tədris müəssisələrində şəbəkə infrastrukturunun yaradılması və işlənib hazırlanması və bu şəbəkənin ümumdünya İnternet şəbəkəsinə inteqrasiyasında səmərəliliyin artırılması üçün AzRENA respublikada Distant Təlim Mərkəzinin (DTM) açılması üzrə layihəni hazırlamışdır, BMTİP, SOROS fondu ilə AzRENA-nın strukturunun genişləndirilməsi sahəsində ilkin danişıqlar aparılmış, maliyyə məsələləri razılaşdırılmışdir. Bundan əlavə, ABŞ-in İNDİANA Universiteti ilə AzRENA arasinda distant təhsil haqqında layihə hazırlanmışdır. DTM müasir telekommunikasiya vasitələri ilə, İnternetə çıxış üçün yüksək sürətli kanalla, güclü kompüter, şəbəkə və proyeksiya avadanlığı ilə təchiz olunacaqdır.


Mayın 30-da Xarici İşlər Nazirliyində NATO ilə iş üzrə yaradılmış komissiyanın AzRENA-nın üzvləri və universitet nümayəndələrinin iştirakı ilə təşkilatların Virtual İpək Yoluna qoşulması layihəsinə həsr olunmuş müşavirəsi keçirildi.

Hər bir təşkilat üçün 128 Kbs kanal üzrə bir kompüter sinfinin (10 işçi stansiyaya kimi) VSAT sisteminə qoşulması haqqında qərar qəbul edildi. Layihənin icrası üçün sorğu vərəqəsi hazırlamaq, onu ali təhsil müəssisələrinə göndərmək və alınmış cavablar əsasında sonradan müzakirəyə çıxarılacaq texniki layihəni hazırlamaq qərara alındı. Sorğu vərəqəsini saytdan Microsoft Word faylı olan - questionnaire_az.doc şəklində yükləmək olar.


Layihə Mərkəzi Asiya və Cənubi Qafqazın səkkiz ölkəsinin təhsil və akademik cəmiyyətlərinin peyk texnologiyası vasitəsilə İnternetə qoşulmasını nəzərdə tutur. Layihə bütün bu ölkələrin akademik və təhsil müəssisələri ilə informasiya mübadiləsinin artırılması məqsədini güdür.

Hazırlanmış "Virtual İpək Yolu" layihəsi 2004-cü ilin sonuna kimi zəmanətli buraxılış qabiliyyəti 3 Mbps olmaqla kanalların buraxılış qabiliyyətini 24 Mbps-dək artırmaq imkanı verəcəkdir. Bu məqsədə çatmaq üçün səkkiz ölkədən hər biri VSAT-termnallardan ibarət avadanlığa, peyk antennası və şəbəkə avadanlığı Qərbi Avropada olan mərkəzi paylaşdırıcı məntəqəyə (şəbəkə nüvəsi), peyk xidmətləri göstərən təchizatçı ilə müqaviləyə və İnternetə çıxış imkanına malik olmalıdır.

Azərbaycanda cəmiyyətin informasiyalaşdırılması üçün hazırlanmış strategiyada əsas istiqamət təhsil və elm müəssisələrinin informasiyalaşdırılması olduğundan "Virtual İpək Yolu" layihəsinin həyata keçirilməsi və Azərbaycanın həmin layihədə iştirakı şəbəkə infrastrukturunun işlənməsinin və Azərbaycanın ümumdünya birliyinə intqerasiyasının əsas mərhələlərindən biridir.

Peyk/Yerüstü Stansiya Sisteminin Sxemi

 

 

 
© 2002 Azerbaijan Research Education Network Association