Xəbərlər | AzRENA haqqında | AzRENA TM | Layihələr | Xidmətlər | Tex. dəstək | Seminarlar
   
Tarix
Bazis
Üzvlük
Strategiya
İstifadə Strategiyası
Bağlantılar
Əlaqə
İSTİFADƏ STRATEGİYASI

Azərbaycan Elmi-Tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyasının şəbəkəsi - dövlət strukturundakı əsas təşkilatları, müəssisə və akademiya institutlarını birləşdirən kompüter şəbəkəsidir. Assosiasiya akademiya və təhsil müəssisələri üçün açıq təşkilatdır. Aşağıdakı təşkilatlar AzRENA-nın təhsil şəbəkəsinə daxil ola bilərlər:

  • Ali Təhsil müəssisələri;
  • Tədqiqat institutları;
  • Kitabxanalar;
  • Təhsil sahəsində və onların proqramları üzrə işləyən beynəlxalq təşkilatlar

İnternetə tam şəkildə çıxış imkanı ilə bu müəssisələrə informasiya-telekommunikasiya üzrə servis xidmətlər göstərilir və bu xidmət şəbəkəyə qoşulmuş müəssisələrin həm əməkdaşları, həm də tələbələr üçün nəzərdə tutulmuşdur. AzRENA adları yuxarıda qeyd olunmuş təşkilatların ayrı-ayrı nümayəndələrinə - həm əməkdaşlarına, həm də tələbələrinə xüsusi qaydada internetə çıxış, o cümlədən dial-up çıxış üzrə xidmətlər göstərmir.

Digər təşkilatlar qabaqcıl şəbəkə texnologiyalarının və tətbiqlərinin testdən keçirilməsi və ya işlənməsi məqsədilə AzRENA şəbəkəsinə qoşula bilərlər.

Azərbaycan Respublikasında və xaricdə kompüter şəbəkələrinin təşkili və istifadə olunması sahəsində fəaliyyət göstərən istənilən təşkilat Assosiasiyanın üzvü ola bilər. AzRENA-nın bütün üzvləri «üzvlük» bölməsində ətraflı şərh olunan bir sıra üstünlüklərə malikdir.

 
© 2002 Azerbaijan Research Education Network Association